ATİAHİ Suraxanı rayon komitəsi fəal qadınları mükafatlandırıb
ATİAHİ Suraxanı rayon komitəsi 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı bayram tədbiri keçirib. Tədbirdə rayonun təhsil müəssisələrində çalışan və həmkarlar ittifaqı fəalı olan qadınlar, müəssisə rəhbərləri və ilk həmkarlar ittifaqı komitəsi sədrləri iştirak edib. Tədbirdə ATİAHİ Suraxanı rayon komitəsinin sədri Fərhad Həsənov çıxış edərək qadınların cəmiyyətimizin inkişafındakı rolundan danışıb. Qeyd edib ki, rayonun təhsil müəssisələrində çalışan müəllimlərin böyük əksəriyyətini qadınlar təşkil edir. Bu müəllimlər uşaqlarımızın layiqli vətəndaş kimi yetişməsi üçün yorulmadan əmək sərf edir. 
Sonra tədbirdə həmkarlar ittifaqı fəalı olan və təhsildə qadın müəllimlərə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilib. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo