ATİAHİ Suraxanı rayon komitəsi yubiley yaşı olan təhsil işçilərinin mükafatlandırılmasını diqqət mərkəzində saxlayır. Bugünlərdə belə bir tədbir Suraxanı rayon 232 saylı tam orta məktəbdə təşkil olunub. Məktəbin xarici dil müəllimi Cəfərova Ülviyyə Məhərrəm qızı 65 yaşının tamam olması münasibətilə rayon komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyə ilə mükafatlandırılıb.