Suraxanıda bayram tədbirləri təşkil olunub
ATİAHİ Suraxanı rayon komitəsi 232 saylı tam orta məktəblə birlikdə Novruz bayramı münasibəti ilə tədbir təşkil edib. 
 
Tədbirdə məktəbin kollektivi, şagirdlərin valideynləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Novruz adət-ənənələrindən, baharın gəlişi ilə canlanan təbiət gözəlliklərindən, bu bayramın tarixindən bəhs edilən şənlikdə bayram süfrəsi də açılıb. 
İştirakçılara hədiyyələr təqdim olunub.
 
Bundan başqa, Suraxanı rayon komitəsi tərəfindən ittifaq üzvlərinin övladlarına bayram şənliklərinə biletlər (ümumilikdə 1400 bilet) təqdim olunub. 
Həmçinin rayon komitəsi tərəfindən mart ayı ərzində 68 aztəminatlı ittifaq üzvünə ümumilikdə 3020 manat məbləğində maddi yardım edilib.    
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo