Ötən il qeyri-dövlət sektorunda 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

Ötən il qeyri-dövlət sektorunda 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

2022-ci il yanvarın 1-i tarixinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv olan 27 təşkilatda 15039 həmkarlar ittifaqı təşkilatı, o cümlədən 62 birləşmiş və 501 şəhər-rayon komitələri  fəaliyyət göstərir.COVID-19 pandemiyası ilə bağlı cərəyan edən proseslər qaçılmaz çətinliklər yaradaraq həmkarlar ittifaqlarının fəaliyyətinə mənfi təsir göstərsə də, bir sıra sahələrdə müsbət dəyişikliklər də baş verib. Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə həmkarlar ittifaqı sıralarına cəlb edilən tələbələrin sayı 5,1% artmaqla həmkarlar ittifaqı üzvlərinin ümumi sayının 0,9 % çoxalmasına səbəb olub.Üzvlərinin sayı 15 nəfərə qədər olan təşkilatların sayında 0,4 % artım müşahidə olunub. Respublikada kiçik və orta  sahibkarlıq, xarici və birgə müəssisələrdə ötən il həmkarlar ittifaqı üzvlərinin sayı 2,6 % artıb.2021-ci il ərzində qeyri-dövlət sektoruna aid 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Orada həmkarlar ittifaqı üzvlərinin sayı 3304 olub. Bu da yeni yaradılan təşkilatların sayının 2020-ci illə müqayisədə 4, üzvlərinin sayında isə 7 dəfə artım deməkdir.Ötən il ərzində üzv təşkilatlar tərəfindən yeni yaradılmış 107 həmkarlar ittifaqı təşkilatına 13808 nəfər üzv olub, nəticədə orada üzvlüyə cəlb olunanların sayı 2020-ci ilə nisbətən 2,5 dəfə artıb.Həmkarlar ittifaqı üzvü olan qadınların sayı 1,6 % artaraq üzvlərin ümumi sayının 52,3%-ni təşkil edib. Gənclərin sayında isə 0,5 % artım olub.Ötən il işəgötürənlərlə 123 saziş, 11806 kollektiv müqavilə bağlanılıb. Müqavilə bağlayan həmkarlar ittifaqı təşkilatlarının sayı əvvəlki ilə nisbətən 0,7 %, müqavilələrlə əhatə olunan üzvlərin sayı isə 4,1% artıb.Sahə həmkarlar ittifaqlarının 2021-ci il üzrə tərtib etdiyi statistik hesabatların yekunlarına əsasən, qeyd etmək lazımdır ki, həmkarlar ittifaqı üzvlüyünün motivasiyasının gücləndirilməsi, yeni  təşkilatların, xüsusilə də özəl sektorda yaradılması, maarifləndirilməsi, müasir tələblərə uyğunlaşdırılması, işçilərin hüquqlarının qorunması, onların müraciətlərinə diqqətin artırılması barədə AHİK-in tövsiyələrinin yerinə yetirilməsi istiqamətində müsbət addımlar atılıb.

28.03.2022

Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması ölkə idmanının inkişafına yeni güc qatacaq

Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması ölkə idmanının inkişafına yeni güc qatacaq

Ölkəmizin qlobal səviyyədə tanınmasında, mövqelərinin möhkəmlənməsində, müsbət imicinin formalaşmasında dövlətimizin idman siyasəti mühüm rol oynayır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində qoyulmuş idman siyasəti dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq meydanlarda öz nəticəsini verməkdədir. Fəxarətlə deyə bilərik ki, idmançılarımızın təmsil olunduğu elə bir beynəlxalq və ya regional idman yarışı yoxdur ki, oradan əliboş qayıtsınlar. Artıq Azərbaycan idman sahəsində dünyada özünü təsdiq edib, bir sözlə, dünyada idmanın yüksək səviyyədə inkişaf etdiyi ölkə kimi tanınır. Avropa və dünya çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar, əldə etdiyi digər nailiyyətlər, həmçinin ölkəmizdə idmana olan yüksək maraq və dövlət dəstəyi beynəlxalq idman ictimaiyyətinin və idman federasiyalarının diqqət mərkəzindədir. Məhz buna görə də onlar beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə böyük həvəslə yanaşırlar. Mən “Bakı-2015” ilk Avropa Oyunlarını və IV İslam Həmrəyliyi Oyunlarını xatırlatmaq istərdim. Bütün dünya Azərbaycanın bu cür mötəbər idman yarışlarını necə səliqəli, möhtəşəm, nümunəvi şəkildə və peşəkar səviyyədə təşkil etdiyini maraqla izlədi. Bu, bilavasitə dövlətimizin başçısı İlham Əliyevin uğurlu idman siyasətinin təzahürüdür.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, yüksək nailiyyətlər qazanmış idmançılarımız dövlətin xüsusi qayğısı ilə əhatə olunur: “İlk əvvəl onu qeyd edim ki, həmin idmançılar dövlət başçısı tərəfindən qəbul edilir, prezident onlarla söhbətləşir, qələbələrinin əhəmiyyətini yüksək qiymətləndirir, bunun ölkəmizin beynəlxalq idman təşkilatlarında mövqeyinin möhkəmlənməsində vacib olduğunu qeyd edir. Bu yaxınlarda Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı idmançılarımızın möhtəşəm çıxışı və əldə etdiyi yüksək nəticələrlə yadda qaldı. 7-si qızıl, 2-si gümüş və 7-si bürünc olmaqla ümumilikdə 16 medal qazanılması və ümumi sıralamada ölkəmizin birinci yeri tutması Azərbaycanın idman tarixinin şərəfli səhifəsidir və hər bir azərbaycanlını qürurlandırır. Bu uğura imza atmış güləşçilərimizi qəbul edən Prezident İlham Əliyev qazanılmış nəticəni yüksək dəyərləndirdi və ölkəmizin qüdrətinin nümayişi adlandırdı. Nitqində Prezident ölkəmizin idman qüdrətindən bəhs edərək bunu aparılan düşünülmüş və düzgün siyasətin məntiqi nəticəsi adlandırdı. Bu sahədə beynəlxalq səviyyədə əldə olunmuş nailiyyətlər bir daha təsdiqləyir ki, ölkəmizin idman siyasəti düzgün qurulub, ildən-ilə inkişaf edir və daha böyük müvəffəqiyyətlər hələ qarşıdadır. Ölkəmizin, demək olar ki, bütün rayonlarında ən müasir tələblərə cavab verən olimpiya idman kompleksləri istifadəyə verilib və gənclərimiz buraya cəlb edilir, ardıcıl olaraq rəqabətədavamlı yeni-yeni idmançılar nəsli yetişir. İnanırıq ki, pis vərdişlərdən uzaq, sağlam ruhda tərbiyə alan Azərbaycan gəncliyi bütün sahələrdə ölkəmizi indi olduğu kimi, ləyaqətlə təmsil edəcək və beynəlxalq imkanlarını genişləndirəcək”.“Çıxışında dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində qələbəmizin əhəmiyyətinə də toxundu. Təbii ki, tariximizin bu səhifəsi bizim qürur yerimizdir. Əgər əvvəllər dünya ictimaiyyəti bizi kimlərinsə xəyanəti üzündən məğlub xalq kimi tanıyırdısa, artıq minillik tariximizin ən qüdrətli sərkərdələrindən biri, şanlı qələbimizin banisi İlham Əliyevin sayəsində müzəffər xalq kimi tanıyır və qəbul edir. Döyüş meydanında qazandığımız müdhiş qələbə idmançılarımıza beynəlxalq yarışlarda stimul verir, qələbəyə ruhlandırır, məğlubedilməzlik hissi aşılayır. Çünki onlar, Prezidentin sözləri ilə desək, qalib xalqı təmsil edirlər və bu da onları qələbəyə daha çox sövq edir”, – deputat qeyd edib.“Dövlət başçısından daha bir böyük müjdə işğaldan azad edilmiş ərazilərdə idmanın inkişafı məsələsi oldu. Sevindirici haldır ki, Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması perspektivləri nəzərdə tutulub və orada salınan yeni şəhərlərin baş planında bu, öz əksini tapır. Əminliklə deyə bilərik ki, yaxın gələcəkdə sakinlərini qarşılayacaq həmin ərazilərdə bu istiqamətdə atılacaq addımlar ümumilikdə ölkə idmanının inkişafına güc qatacaq və dünyanın idman aləmində mövqelərini daha da möhkəmləndirəcək”, – deyə S.Möhbalıyev fikrini belə tamamlayıb.

28.03.2022

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Novruz bayramı təbriki

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Novruz bayramı təbriki

Təbrikdə deyilir:“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və uzun ömür diləyirəm.Novruz xalqımızın əsrlərdir qoruyub saxladığı, çətin sınaqlar qarşısında belə dəyərini itirmədiyi bir bayramdır. Xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən Novruz dostluq, bolluq, ruzi-bərəkət, xeyirxahlıq, barışıq, mehribanlıq, mərhəmət, milli birlik və həmrəylik rəmzi olaraq sevilir. Ulu Öndər Heydər Əliyevin Bahar bayramına olan münasibəti bu qədim adət-ənənəmizin yenidən dirçəlməsinə və ümumxalq bayramına çevrilməsinə səbəb olmuşdur. Novruz öz gəlişi ilə yurdumuza xeyir-bərəkət, elimizə yeni gün və təzə nəfəs, ömrümüzə təravət gətirir.Novruz bayramı  əvvəlki illərdən fərqli olaraq, son iki ildir ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbəriyi ilə əldə etdiyimiz Zəfərin xoş əhval-ruhiyyəsi ilə qeyd olunur və hər kəsin üzünə xoşbəxt təbəssüm bəxş edir.Gəlişi ilə sevinc və şadlıq gətirən bahar bayramı qoy hər zaman dövlətimizə və xalqımıza yeni nailiyyətlər qazandırsın.Azərbaycan həmkarlar ittifaqlarının hər bir üzvünə bayram münasibətilə sağlam və təhlükəsiz əmək, normal iş şəraiti, gözəl istirahətlər arzulayıram.Əziz həmvətənlər, bir daha bayramınız mübarək olsun”.

18.03.2022

AHİK sədri Səttar Möhbalıyevin Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi ilə onlayn görüşü olub

AHİK sədri Səttar Möhbalıyevin Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi ilə onlayn görüşü olub

Martın 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti Səttar Möhbalıyevin PARŞ-nin və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini ilə onlayın görüşü keçirilib.Görüşdə Avropada həmkarlar ittifaqlarının fəaliyyəti, görülən işlər, beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatların qərar və tövsiyələri, gələcək perspektivlər müzakirə olunub.S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının cari ildə iş planı, qarşıda duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan layihələr, həmçinin görülmüş işlər barədə danışıb.L.Visentini Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirib, gələcək işlərində uğurlar arzulayıb.Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.1a-1.jpg 76.32 KB2a.jpg 99.62 KB

18.03.2022

AHİK sədri Səttar Möhbalıyev şəhid ailələrini ziyarət edib

AHİK sədri Səttar Möhbalıyev şəhid ailələrini ziyarət edib

Azərbaycanda hər zaman şəhid ailələrinə və qazilərə, həmçinin müharibə iştirakçılarına yüksək diqqət göstərilir, bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara baş çəkilir, maddi-mənəvi dəstək göstərilir. Ölkəmizdə bu istiqamətdə milli həmrəylik yaşanır, dövlət orqanları ilə yanaşı, ictimai qurumlar da bu nəcib missiyada yaxından iştirak edir.Ənənənin davamı olaraq martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Novruz bayramı ilə əlaqədar şəhid ailələri ilə görüşüb.Vətən müharibəsi şəhidləri – Sədi Musayev, Elbrus Əhmədov, Arif Abbasov, Tural Əsgərli, Röya Ələkbərov və Adil İbrahimlinin ailəsinə baş çəkən S.Möhbalıyev Novruz bayramı münasibətilə onları təbrik edib, xoş arzularını çatdırıb.AHİK sədri şəhid ailələri ilə söhbət zamanı bildirib ki, qədirbilən xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən, bu yolda canını belə əsirgəməyən qəhrəman oğullarını heç zaman unutmayacaq, onları ehtiramla yad edəcək, əziz xatirələrini qəlbində daim yaşadacaq.Ziyarət olunan şəhid ailələrinə bayram sovqatları verilib.Şəhid ailələri onlara göstərilən hərtərəfli qayğıdan razı olduqlarını bildirib və Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür ediblər.be61fe1c-9ada-4b95-8853-d67b7d00aecc.jpg 93.25 KB5e69480b-d2dd-4d06-bbd6-89c93c63aa88.jpg 147.63 KB

18.03.2022

Suraxanıda bayram tədbirləri təşkil olunub

Suraxanıda bayram tədbirləri təşkil olunub

ATİAHİ Suraxanı rayon komitəsi 232 saylı tam orta məktəblə birlikdə Novruz bayramı münasibəti ilə tədbir təşkil edib.  Tədbirdə məktəbin kollektivi, şagirdlərin valideynləri, şəhid ailələri və qazilər iştirak ediblər.Novruz adət-ənənələrindən, baharın gəlişi ilə canlanan təbiət gözəlliklərindən, bu bayramın tarixindən bəhs edilən şənlikdə bayram süfrəsi də açılıb. İştirakçılara hədiyyələr təqdim olunub. Bundan başqa, Suraxanı rayon komitəsi tərəfindən ittifaq üzvlərinin övladlarına bayram şənliklərinə biletlər (ümumilikdə 1400 bilet) təqdim olunub. Həmçinin rayon komitəsi tərəfindən mart ayı ərzində 68 aztəminatlı ittifaq üzvünə ümumilikdə 3020 manat məbləğində maddi yardım edilib.     IMG-20220317-WA0004 (2).jpg 150.83 KBIMG-20220317-WA0005 (2).jpg 151.39 KB

18.03.2022

Azərbaycanın alternativ və bərpa olunan enerji potensialı böyükdür

Azərbaycanın alternativ və bərpa olunan enerji potensialı böyükdür

“Azərbaycanın yerləşdiyi əlverişli təbii coğrafi mövqeyi və iqlimi alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Artıq bu istiqamətdə ölkəmizdə genişmiqyaslı iş aparılır və müsbət nəticə də ortada var. Bir neçə gün öncə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında açıqlandı ki, ötən il istehsal olunan enerjinin 1,2 faizi bərpa olunan enerji mənbələrindən əldə olunub. Belə ki, bərpa olunan enerji mənbələri hesabına 339,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Onun da 91,5 milyon kilovat/saatı külək, 55,2 milyon kilovat/saatı günəş, qalan 193,2 milyon kilovat/saatı isə bioenerji mənbələrinin payına düşüb. Statistika göstərir ki, artıq bu sahədə müsbət dinamika var və yaxın gələcəkdə ölkəmizin enerji təchizatında alternativ enerji mənbələri mühüm rola malik olacaq”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.“Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə olunması ətraf mühütün çirklənməsinin qarşısının alınmasına və ənənəvi enerji mənbələrindən qənaətlə istifadəyə gətirib çıxarır. Ekoloji təmizliyi, tükənməzliyi, həmçinin kiçik ərazidə belə tətbiq imkanı olduğundan külək enerjisi digər enerji mənbələrindən daha əlverişli hesab olunur. Bu enerjini istehsal etmək üçün ölkəmizin təbii potensialı da böyükdür. Belə ki, Abşeron yarımadasında və Xəzərboyu ərazilərdə küləkli günlərin çox olması külək enerjisi istehsalına əlverişli şərait yaradır. Həmçinin Azərbaycanda ildə 300 günəşli günün olmasını nəzərə alsaq, burada Günəş enerjisinin inkişafı da, sözsüz ki, perspektivlidir”, – Milli Məclisin deputatı deyib.Onun sözlərinə görə, bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, martın 15-də isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməllərinin qoyulması ölkəmizdə bu istiqamətdə aparılan işlərin geniş miqyasını göstərir. Hər iki tədbirədə – təməlqoyma mərasimində bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin iştirak etməsi, layihələrin əhəmiyyəti barədə nitq söyləməsi onun bu sahəyə dəstəyinin və inkişafına marağının təzahürüdür. Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev dünyanın aparıcı enerji şirkətlərinin Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlı olmasından bəhs etdi. Xüsusilə qeyd edim ki, Buna ölkəmizdə mövcud olan təbii imkanlarla yanaşı, həm də əlverişli investisiya mühiti də münbit şərait yaradır. Artıq Azərbaycan etibarlı tərəfdaş kimi özünü bütün dünyada təsdiqləyib. Bu da xarici şirkətlərin ölkəmizə olan marağını durmadan artırır”.S.Möhbalıyev əlavə edib ki, Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi ölkəmizin enerji təhlükəsizliyində mühüm layihə olmaqla, həmçinin məşğulluğun artmasında, sahə üzrə ixtisaslı kadrların yetişməsində, karbohidrogen ehtiyatlarına qənaət olunmasında böyük əhəmiyyət daşıyacaq. Bildirib ki, dəyəri 225 milyon ABŞ dolları olan layihənin illik 500 milyon kVt/saat elektrik enerjisi istehsal etməsi nəticəsində ölkəmizdə 110 milyon kubmetr qaza qənaət yaranacaq və 200 min tondan artıq karbon emissiyasının atmosferə buraxılmasının qarşısı alınmış olacaq, təbii ki, bu da müsbət tendensiyadır. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

17.03.2022

AHİK daha 4 mindən çox ailəyə sovqat göndərib

AHİK daha 4 mindən çox ailəyə sovqat göndərib

Hər bir vətəndaşın qayğısına qalmaq, qarşılaşdıqları problemləri aradan qaldırmaq, xüsusən şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı aillərərə diqqət göstərmək, onlara maddi və mənəvi dəstək olmaq dövlətimizin başçısı cənab İlham Əliyevin daxili siyasət kursunun ana xəttini təşkil edir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm işlər görülür.Dövlət qurumları ilə yanaşı, ölkəmizin aparıcı ictimai təşkilatları da bu tipli humanist layihələrə dəstək verir, həmin kateqoriyadan olan insanlara qayğı göstərilir.Bu istiqamətdə Heydər Əliyev Fondunun bütün fəaliyyəti bir nümunədir. Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan şəxslərə hər zaman, o cümlədən bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil olunur.Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3 900, 2021-ci il martın 17-də yenə həmin sayda – 76 şəhər və rayonda yaşayan 3 900, ötən il mayın 8-də 76 şəhər və rayonu əhatə edən 4 000 və Naxçıvan Muxtar Respublikasında yaşayan 1 000 şəhid və qazi ailələrinə, pandemiyadan zərərçəkənlərə, aztəminatlı ailələrə sovqatlar paylanılmışdır.Bu nəcib ənənənin davamı olaraq AHİK İcraiyyə Komitəsinin 4 Mart 2022-ci il tarixli qərarına əsasən, martın 16-da Novruz bayramı münasibətilə respublikanın 76 rayonunda yaşayan 4 065 aztəminatlı ailəyə ərzaq dolu maşın karvanı yola salınıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına bu məqsəd üçün 50 000 manat məbləğində vəsait köçürülüb.Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqları şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını, bundan başqa, aztəminatlı ailələri hər zaman diqqətində saxlayır, imkanları daxilində heç bir köməyi onlardan əsirgəmir: “Biz istər Pandemiya, istərsə də Vətən müharibəsi və ondan sonrakı dövrlərdə həssas əhali qruplarına müxtəlif yardımlar etmişik. Bu işdə sahə həmkarlar ittifaqları da aktivdir. Bütün əlamətdar günlərdə onlara lazımi köməkliklər göstərilir. Biz həmçinin şəhid ailələrinin, onların övladlarının problemləri ilə daim maraqlanır, demək olar ki, imkanımız daxilində onlara hər cür dəstəyi verməyə çalışırıq. Şəhidlərin ailələrinə baş çəkilir, hədiyyələr təqdim olunur və belə tədbirlərimiz mütəmadi xarakter daşıyır”.S.Möhbalıyev qeyd edib ki, şəhid övladları da həmkarlar ittifaqları tərəfindən himayəyə götürülür: “Biz indiyə kimi 172 şəhidin 286 övladını himayəyə götürmüşük. Hər ay onların hesabına pul köçürülür. Düzdür, onlar dövlətimiz tərəfindən hərtərəfli himayə olunur, amma biz də – ictimai təşkilatlar da onlara hər cür dəstəyi göstərməliyik. Həmçinin həmkarlar ittifaqları üzvləri ilə yanaşı, şəhid ailələrini, qaziləri yollayışlarla da təmin edir. Onların istirahətləri, müalicələri üçün istirahət mərkəzlərinə, sanatoriyalara yollayışlar veririk”.AHİK sədri vurğulayıb ki, “YAŞAT” Fonduna da yardımlar edirik: “AHİK-in İcraiyyə Komitəsinin martın 4-də keçirilən iclasında qərara alındı ki, daha 50 min manat “YAŞAT” Fondunun hesabına köçürülsün və bunula da ümumilkdə 658 870 manat Fondun hesabına köçürmüşük. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpasına da yardımlar edirik. İcraiyyə Komitəsinin son iclasında Qarabağ Dirçəliş Fonduna da daha 50 min manatın köçürülməsi ilə bağlı qərar qəbul olundu. Bununla da Fonda ümumilikdə köçürülən məbləğ 650 000 manat təşkil edir. Bu gün dövlətimizin əsas işlərindən biri də məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Bilirsiniz ki, hazırda Şərqi Zəngəzurda və Qarabağda sürətli şəkildə abadlıq-quruculuq işləri aparılır. Artıq bəzi layihələr yekunlaşıb. İnanırıq ki, yaxın zamanlarda həmin ərazilər cənnəti xatırladacaq və sakinlər, dövlətimizin başçısı cənab İlham Əliyevin sözləri ilə desək, o ərazilərdə əbədi xoşbəxt yaşayacaqlar”.Milli Məclisin deputatı əlavə edib ki, bu tipli humanist layihələrimizi bundan sonra da davam etdirəcəyik.1-4.jpg 172.42 KB2-4.jpg 182.27 KB3-3 (1).jpg 116.07 KB4-3.jpg 182.97 KB5-2.jpg 163.72 KB6-1.jpg 215.04 KB

16.03.2022

ATİAHİ Respublika Komitəsi ölkə ərazisindəki qaçqın və köçkün məktəblərinin şagirdlərinə bayram sovqatları göndərib

ATİAHİ Respublika Komitəsi ölkə ərazisindəki qaçqın və köçkün məktəblərinin şagirdlərinə bayram sovqatları göndərib

Novruz bayramı ərəfəsində, ənənəsinə sadiq qalaraq, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi xeyirxahlıq aksiyaları həyata keçirməkdədir. Belə aksiyalardan biri də ölkə ərazisindəki qaçqın və köçkün məktəblərinin şagirdlərinə bayram sovqatlarının paylanmasıdır. Respublika Komitəsi bu məqsədlə 10 min sovqat dəsti hazırlayıb Bakıdakı və bölgələrdəki məktəblərə göndərmişdir. Bölgələrdə hədiyyələrin paylanması rayon həmkarlar ittifaqı komitələrinə həvalə olunmuşdur. Alınan məlumatlara görə, artıq əksər məktəblərdə sovqatlar şagirdlərə çatdırılmışdır.Sovqatların bir qismi isə paytaxtdakı qaçqın məktəblərində paylanır. Martın 15-də Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və şöbə müdiri Rüstəm Nəzirov Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən Füzuli rayon 50 saylı ümumtəhsil tam orta məktəbində olmuşlar. Sovqatlar müəllimlərin və sahə Hİ Qaradağ Rayon Komitəsinin sədri Əli Sadıqovun iştirakı ilə təntənəli şəkildə şagirdlərə təqdim olunmuşdur. Tədbirdə çıxış edən Mirzə Cəfərzadə müəllim kollektivini, şagirdləri qarşıdan gələn bayram münasibətilə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin adından təbrik etmiş, onun xoş arzularını çatdırmışdır. Üzünü şagirdlərə tutaraq demişdir ki, siz xoşbəxt uşaqlarsınız. Siz valideynlərinizdən fərqli olaraq işğala məruz qalmış torpaqların xiffəti ilə deyil, azad edilmiş cənnət Qarabağın sevinci ilə yaşayan nəslin nümayəndələrisiniz. Siz 44 günlük Vətən müharibəsinin qürurunu yaşadınız. Atalarınızın, böyük qardaşlarınızın şücaətinin canlı şahidi oldunuz. Siz bu müharibədən çox şey öyrəndiniz. Bildiniz ki, qəhrəman xalqın övladlarısınız. Bildiniz ki, qəhrəmanlığın mayasında xalqın birliyi, həmrəyliyi durur. Xalq ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Bu birlik dəmir yumruğa çevrildi. Həmin dəmir yumruğun qarşısında Ermənistanın ordusu, hakimiyyəti, havadarları tab gətirə bilmədilər, məğlubiyyətə uğradılar. Bu qələbə sizə, valideynlərinizə soykökünüzün, əcdadlarınızın minillər boyu yaşadığı doğma torpaqlara qayıdışına yol açdı. İnşallah, yaxın vaxtlarda siz təhsilinizi Qarabağda davam etdirəcəksiniz. Biz orada da bayram hədiyyələrimizlə sizin qonağınız olacağıq.Məktəbin direktoru Günel Kazımova bu diqqət və xeyirxah aksiyaya görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə, onun sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürünü bildirdi. Dedi ki, hədiyyələr üçün sağ olun - amma, özünüz də gördünüz, hədiyyələrdən daha çox şagirdlərimizi təşkilatınızın sayğısı sevindirdi. Açığı, etiraf edim ki, respublikamızda xoş gündə, ağır məqamlarda xalqın yanında olan, xalqa, xüsusilə həssas təbəqələrə dəstək göstərən ictimai təşkilatlar arasında həmkarlar ittifaqı xüsusi yer tutur. Pandemiya dövründə, Vətən müharibəsi günlərində hansı köməkləri göstərdiyinizi xalq yaxşı bilir və qiymətləndirir. Elə bu məktəblilər də bunu öz timsallarında bildilər. Bu xeyirxahlıq, yəqin ki, onların yaddaşına əbədi həkk olundu. Böyüyəndə, əmək fəaliyyətinə başlayanda, çox güman ki, həmkarlar ittifaqının üzvü, təbliğatçıları və təəssübkeşləri olacaqlar.Gətirilmiş Novruz sovqatları tədbirin sonunda şagirdlərə verildi.Respublika Komitəsi də görüşdən hədiyyəsiz qayıtmadı: şagirdlər onları bir ürəkdolusu təbəssümlə, sevinclə yola saldılar.

15.03.2022

Azərbaycan həmkarlar ittifaqları “YAŞAT” Fonduna 658 870 manat vəsait köçürüb

Azərbaycan həmkarlar ittifaqları “YAŞAT” Fonduna 658 870 manat vəsait köçürüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.Böyük humanitar missiyanı özündə ehtiva edən Fonda könüllü ödəmələr dayanmadan davam edir. Bu, cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir.Azərbaycan həmkarlar ittifaqları da Fondun hesabına ianələr edirlər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları tərəfindən müxtəlif vaxtlarda Fondun hesabına 608 870 manat vəsait köçürülüb.Bu işlərin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin 4 mart 2022-ci il qərarı ilə daha 50 000 manat vəsait Fondun hesabına köçürülüb.

14.03.2022

Avropa Parlamentinin qətnaməsi heç kimdə şübhə doğurmayacaq qədər böhtandır

Avropa Parlamentinin qətnaməsi heç kimdə şübhə doğurmayacaq qədər böhtandır

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsi Avropa Parlamentinin 10 mart 2022-ci il tarixli Azərbaycanın işğaldan azad etdiyi ərazilərində “ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması” ilə bağlı böhtan xarakterli qətnaməsinə dair bəyanat yayıb.Bəyanatda deyilir:“Avropa Parlamentinin Şərqi Zəngəzurda və Qarabağda “ermənilərə məxsus tarixi-mədəni abidələrin dağıdılması”ndan bəhs edən qətnaməsi acı gülüş və təəssüf doğurur. Heç bir araşdırma aparmadan, faktlara istinad etmədən, yalnız ermənilərin səsləndirdikləri sərsəm fikirlər əsasında hazırlanan bu yersiz qətnamə heç kimdə şübhə doğurmayacaq qədər böhtandır. İlk növbədə, ona görə ki, ermənilər bu ərazilərə sonradan köçürüldükləri üçün onların burada nə qədim tarixi, nə də dərin mədəni irsi var. Ümumiyyətlə, dövlət yaradıb bu gün mövcud olduqları ərazilər də Azərbaycan torpaqlarıdır.Təkcə XX əsrdə ermənilərin etdiyi vəhşiliklərə  və vandal aktlarına nəzər yetirmək kifayət edir ki, onların əsl xarakteri ortaya çıxsın. 1905-1907-ci və 1918-1920-ci illərdə on minlərlə dinc azərbaycanlı əhali soyqırımına məruz qalmış, yaşadıqları yerlərdən qovulmuş, yüzlərlə yaşayış məntəqəsi və tarixi-mədəni abidələr dağıdılıb yerlə yeksan edilmişdir. Bu cür çirkin və dağdıcı, nifaq dolu əməllərin sahibi olan ermənilər və onların iftiralarına boyun əyən beynəlxalq qurumlar tolerantlıq mərkəzi olan Azərbaycanı nədən ittiham etməyə çalışır!?1948-1953-cü illərdə 150 min, 1988-ci ildə isə daha 250 min azərbaycanlı Ermənistan ərazisindəki öz doğma yurdundan qovuldu. Onların mülki və təsərrüfat obyektləri talan edildi, məscidlər, dini və tarixi abidələr məhv edildi, Ermənistan monoetnik dövlətə çevrildi. Görəsən, bütün bu baş verənlər Avropa Parlamentini niyə düşündürmür!? Nə üçün maraqlanmırlar ki, həmin ərazilərdən qovulmuş azərbaycanlıların sahib olduqları mədəni irsin taleyi necə oldu!? Təbii ki, bu, hamıya yaxşı məlum olan ikili standartların, qərəzli yanaşmanın təzahürüdür.Heç də uzağa getməyək, son 30 ilə nəzər salaq. Dünyanın, o cümlədən demokratik dəyərlərdən və insan haqlarından yerli-yersiz söz açan, bu anlayışları “patentləşdirən” Avropanın gözü qarşısında xarici havadarları tərəfindən silahlandırılan ermənilər Azərbaycan ərazisinin 20%-ni işğal etdilər, dinc əhali amansızcasına qətlə yetirildi, Xocalıda bəşəriyyətin ən qanlı hadisələrindən biri törədildi, bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu.İşğal zamanı həmin ərazilərdə nəinki Azərbaycana məxsus məscidlər, dini, tarixi, mədəni abidələr, hətta iş o yerə çatdı ki, hər şeyi məhv etdikdən sonra təbiətə ziyan vurmağa, ekologiyanı korlamağa əl atdılar. Deyilənləri görmək üçün sadəcə işğaldan azad olunmuş ərazilərə səfər etmək kifayətdir. Hansı ki, bütün xarici jurnalistlər və diplomatlar üçün bu şərait yaradılıb və dəfələrlə səfərlər təşkil olunub. Bəs niyə Avropa Parlamenti fakt və sübut olmadığı halda “erməni mədəni irisinin məhv edilməsi”ndən bu qədər narahatdır, özü də Azərbaycan ərazisində, amma erməni vəhşiliyi ortada ola-ola bununla bağlı heç bir səs çıxarmır. Məgər görmürlərmi ki, vaxtı ilə böyük şəhərlər olmuş Ağdamda, Füzulidə, Cəbrayılda, ümumiyyətlə, canlı aləmin yaşaması üçün hər şey yox edilib.Ermənistan tərəfindən Azərbaycan torpaqları işğal edilərkən 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri olub. Bu gün onların hansı vəziyyətdə olduğu hamıya məlumdur. Həmçinin Şərqi Zəngəzurda və Qarabağda 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Ermənilər müsəlmanları təhqir etmək üçün məscidlərdə dönuz, inək saxlayırdılar. Bunu təsdiq edən foto və videolar da mövcuddur.Ermənilər tərəfindən törədilən bütün bu vandallıq əməlləri hamılıqla qəbul edilmiş beynəlxalq hüququn prinsiplərinin, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Qeyd olunan faktları araşdırıb əldə etmək beynəlxalq qurumlar üçün o qədər də çətin deyil, nəinki erməni yalanlarına istinad edərək nüfuzuna xələl gətirəcək qətnamələr qəbul etmək.AHİK-in İcraiyyə Komitəsi olaraq bir daha bəyan edirik ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi. Bir sözlə, ədalət zəfər çaldı.Həmin ərazilərə yenidən həyat qayıdır, 30 il dünyanın gözü qarşısında hüquqları tapdanmış bir milyondan çox məcburi köçkünün hüquqları bərpa edilir. Sadalananlar göstərir ki, Azərbaycanın bu tarixi missiyası beynəlxalq və regional təşkilatlar tərəfindən də alqışlanmalıdır.İşğala son qoyulduqdan dərhal sonra Azərbaycan həmin ərazilərində erməni vandallarından fərqli olaraq, abadlıq-quruculuq işləri ilə məşğuldur. Bu çərçivədə dini, mədəni abidələrin, o cümlədən xristian irsinə mənsub abidələrin də bərpası istiqamətində fəal iş aparılır.Təbii ki, Avropa Parlamenti bilməmiş deyil ki, Azərbaycan bütün mədəniyyətlərin, dinlərin, xalqların nümayəndələrinin birgə dinc şəkildə, mehriban və xoşbəxt yaşadığı multikultural və tolerant ölkədir. Mənşəyindən asılı olmayaraq, bütün mədəni irs dövlət səviyyəsində qorunur. Məhz buna görə də Avropa Parlamentini kiminsə yalan və böhtan xarakterli iddiaları səbəbindən əndişəyə düşməməyə, həqiqəti araşdırmağa və reallıqları dərk etməyə çağırırıq. Yalnız bu zaman Azərbaycanın sülh və təhlükəsizlik naminə bölgəyə gətirdiyi reallıqları aydın şəkildə görmək olar. Əks təqdirdə, bu tipli qətnamələr sabitliyi poza, sülh istiqamətində aparılan işlərə xələl gətirə bilər.Bir daha Avropa Parlamentinin faktlardan uzaq, reallıqları əks etdirməyən, qeyri-obyektiv qətnaməsini şiddətlə qınayır, qurumu ədalətli mövqe tutmağa, buraxdığı səhvi aradan qaldırmağa və gələcəkdə belə hallara yol verməməyə çağırırıq”.AHİK-in üzv təşkilatlarıNaxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası“Xidmət-İş” Həmkarlar İttifaqları Federasiyası“Kənd-Qida-İş” Həmkarlar İttifaqı Federasiyası“Metal-iş” Həmkarlar İttifaqı FederasiyasıAviasiya İşçiləri Həmkarlar İttifaqıAvtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqıBələdiyyə İşçiləri Həmkarlar İttifaqı“Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı BirliyiDövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqıDəmiryolçuların Müsəqil Həmkarlar İttifaqıDəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqıElektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqıMilli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqıFövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqıGömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi“İnşaat-İş”  Həmkarlar İttifaqıMüdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqıMədəniyyət İşçiləri Həmkarlar İttifaqıMetropoliten İşçiləri Həmkarlar İttifaqıNeft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqıNəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqıSahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqıSəhiyyə İşçiləri Həmkarlar İttifaqıSu Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqıTəbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqıTəhsil İşçiləri Azad Həmkarlar İttifaqıYerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı

14.03.2022

AHİK Qarabağ Dirçəliş Fonduna 650 min manat vəsait köçürüb

AHİK Qarabağ Dirçəliş Fonduna 650 min manat vəsait köçürüb

Azərbaycan xalqı böyük Zəfərlə ərazilərini erməni işğalından azad edərək tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoydu. Ölkənin ərazi bütövlüyünün bərpası dövlətimiz üçün beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Otuz ilə yaxın bir müddət ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş ərazilərimizin yenidən həyata qaytarılması ölkənin siyasi-iqtisadi suverenliyinin güclənməsinin mühüm dayaqlarından biridir.Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 4 yanvar tarixli Fərmanı ilə Qarabağ Dirçəliş Fondu yaradılıb.Fondun dəstəyi ilə mərkəzləşdirilmiş qaydada görülən işlər nəticəsində ərazilərimiz tamamilə yenidən qurulur, infrastruktur yaradılır, müasir şəhər, qəsəbə və kəndlər salınır.Azərbaycan həmkarlar ittifaqları da Fondun hesabına müxtəlif vaxtlarda ianələr edirlər. Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin 28 yanvar və 11 mart 2021-ci il tarixli qərarları ilə Fondun hesabına ümumilikdə 600 000 manat köçürülüb.Şərqi Zəngəzurda və Qarabağda aparılan abadlıq-quruculuq işlərinə dəstəyin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin 4 mart 2022-ci il qərarı ilə  daha 50 000 manat vəsait Fondun hesabına köçürülüb.

11.03.2022

Qadınlar bayramı münasibətilə Qəbələyə tur təşkil olunub

Qadınlar bayramı münasibətilə Qəbələyə tur təşkil olunub

ATİAHİ Suraxanı rayon komitəsinin təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Qəbələ rayonuna tur təşkil olunub.Rayonun 318 nomrəli məktəbin qadın kollektivinin qatıldığı səfərdə Qəbələnənin görməli-gəzməli yerləri ziyarət olunub, onlar üçün süfrə açılıb, fotolar çəkdirilib.Təşkil olunan səfərə görə, xanım müəllimlər təşkilatçılara təşəkkür ediblər.  IMG-20220309-WA0059.jpg 124.83 KB

08.03.2022

Suraxanıda məktəblər arasında idman yarışları keçirilib

Suraxanıda məktəblər arasında idman yarışları keçirilib

ATİAHİ Suraxanı rayon komitəsinin təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə rayon məktəblərində müxtəlif idman yarışları təşkil olunub.Rayonun 101, 315, 85, 87 nömrəli tam orta məktəbləri keçirilən yarışarışlarda fərqli idman növlərində qalib elan olunublar.Qalib komandalara qiymətli hədiyyələr təqdim olunub.IMG-20220305-WA0000.jpg 71.81 KBIMG-20220305-WA0029.jpg 54.03 KBIMG-20220305-WA0003.jpg 61.76 KBIMG-20220305-WA0013.jpg 82.91 KB

05.03.2022

ATİAHİ Suraxanı rayon komitəsi fəal qadınları mükafatlandırıb

ATİAHİ Suraxanı rayon komitəsi fəal qadınları mükafatlandırıb

ATİAHİ Suraxanı rayon komitəsi 8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı bayram tədbiri keçirib. Tədbirdə rayonun təhsil müəssisələrində çalışan və həmkarlar ittifaqı fəalı olan qadınlar, müəssisə rəhbərləri və ilk həmkarlar ittifaqı komitəsi sədrləri iştirak edib. Tədbirdə ATİAHİ Suraxanı rayon komitəsinin sədri Fərhad Həsənov çıxış edərək qadınların cəmiyyətimizin inkişafındakı rolundan danışıb. Qeyd edib ki, rayonun təhsil müəssisələrində çalışan müəllimlərin böyük əksəriyyətini qadınlar təşkil edir. Bu müəllimlər uşaqlarımızın layiqli vətəndaş kimi yetişməsi üçün yorulmadan əmək sərf edir. Sonra tədbirdə həmkarlar ittifaqı fəalı olan və təhsildə qadın müəllimlərə qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim edilib. 

05.03.2022

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo